Hacıbala Abutalıbov: "Badamdar şossesindəki sürüşməyə səbəb sudur"
Bakı şəhəri Səbail rayonu ərazisində – Badamdar şossesindəki (Badamdarla 20-ci sahəni birləşdirən yol) sürüşmə ilə bağlı ilkin rəy açıqlanıb.
Faktinfo.az xəbər verir ki, bu barədə Baş nazirin müavini Hacıabala Abutalıbov açıqlama verib.
O qeyd edib ki, ilkin rəydə sürüşməyə səbəb su amili göstərilib: “Su olmayan yerdə sürüşmə olmur. Torpağın altındakı gil su daxil olanda sabun halını alır və üzərindəki torpağı sürüşdürüb aparır. İndi bizim məqsədimiz suyun səviyyəsinin süni surətdə azaldılmasına nail olmaqdan ibarətdir. Quyular qazılaraq nasoslar vasitəsilə çəkiləcək və suyun səviyyəsi aşağı salınacaq”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın