Hadı Rəcəblinin qardaşına yüksək vəzifə verildi
Maliyyə Nazirliyi tərəfindən Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsi ləğv edilib.
Maliyyə Nazirliyinən Modern.az-a verilən məlumata görə, nazir Samir Şərifovun müvafiq əmri ilə Dövlət Xəzinədarlıq Agentliyinin Regional Xəzinədarlıq İdarələri yaradılıb. İyulun 22-də isə həmin idarəyə rəis təyinatı ilə bağlı əmr verilib.
Əmrə əsasən İqbal Rəcəbli 24 saylı Regional Xəzinədarlıq İdarəsinə rəis təyin edilib.
Bildirilib ki, yeni yaradılan Regional Xəzinədarlıq İdarəsinə Lənkəran, Lerik və Astara rayonları daxildir.
Xatırladaq ki, İqbal Rəcəbli bundan əvvəl ləğv edilmiş Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsinin rəisi olub.
Qeyd edək ki, Regional Xəzinədarlıq İdarəsinin rəisi İqbal Rəcəbli Milli Məclisin sabiq deputatı Hadı Rəcəblinin qardaşıdır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın