Haftar geri çəkilir - O,Türkiyə və Müsəlman Qardaşları Təşkilatına (Misir) cihad elan edib
Liviyanın paytaxtı Tripoliyə hücum edən Xəlifə Haftar qüvvələri geri çəkilməyə başlayıb.
Bu barədə Liviya ordusunun qüvvələrinin komandanı, general Səlim Kaşut məlumat verib.
General Haftar qüvvələrinin raket sistemlərinin sıradan çıxarıldığını bildirib.
O, Haftarf ordusuna dəstək verən Rusiya və BƏƏ qüvvələrinin də Triploidən çıxmağa başladığını deyib.
Paytaxtda vəziyyətin əleyhinə dəyişdiyi qiyamçı general Xəlifə Haftar isə tərəfdarlarına müraciət edərək Türkiyə və Müsəlman Qardaşları Təşkilatına (Misir) cihad elan edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın