Haftara layiq olduğu dərsi verəcəyik

Haftara layiq olduğu dərsi verəcəyik - Ərdoğan

Haftarın ortaya qoyduğu şərtlər onun əsl üzünü göstərir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Haftarın atəşkəs razılaşmasını rədd etməsinin təəccüblü olmadığını bildirib:

“Ancaq bu dəfə keçmişdən fərqli olaraq işin içində Türkiyə var. Dünən Moskvada aparılan danışıqları qiyamçı Haftarın əsl sifətini göstərməsi baxımından müsbət hesab edirik. Haftara layiq olduğu dərsi verməkdən əsla imtina etməyəcəyik. Liviya xalqını azadlığa və sabitliyə qovuşdurana qədər bu coğrafiyadakı varlığımızı davam edəcək”, - Türkiyə Prezidenti bildirib./axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi