"Hakerlər sifariş əsasında sosial şəbəkə hesablarını sındırır" -

"Hakerlər sifariş əsasında sosial şəbəkə hesablarını sındırır" - XƏBƏRDARLIQ

“Müasir dövrdə, demək olar ki, hər kəs sosial şəbəkələrdən istifadə edir.

 Sosial şəbəkələrin inkişafı informasiya bolluğuna və əlçatımlılığına, ünsiyyət prosesinin daha optimal və rahat olmasına şərait yaradır”.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Bildirilir ki, bununla yanaşı sosial şəbəkələr insanların fiziki təhlükəsizliyinə, informasiya təhlükəsizliyinə təhdid formalaşdıra bilər:

"İş, sosial həyat, bəzən də sadəcə maraq üçün daxil olduğumuz sosial şəbəkələrdəki hesablarımız təhlükə altındadır.

Son dövrlər sifariş əsasında istənilən hər bir şəxsin sosial şəbəkə hesabının parolunu sındıran hakerlərin sayı artmışdır. Hətta bəzi internet səhifələrində bununla bağlı reklamlara da rast gəlinir.

Bundan əlavə həmin hakerlər tərəfindən şəxsi həyata müdaxilə edən əlavə bəzi xidmətlər də təklif olunur ki, bununla da qarşı tərəfin şəxsi foto və videolarına baxmaq, harda olduğunu və bütün sosial şəbəkələrdə kimlərlə yazışmasını izləməyin yolları öyrədilir.

Həmin şəxslər sosial şəbəkələrdə hesabların parolunu sındırmaq üçün müştərilərə müxtəlif qiymətlər təklif edir. Bildiririk ki, başqasının şəxsi hesabının sındırılması Azərbaycan Respublikası qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yaradır.

Sosial şəbəkə hesablarınızın ələ keçirilməməsi məqsədilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik xidmətinin müəyyən etdiyi qaydalara riayət etməyiniz tövsiyə olunur".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər