Hakim futbolçunu təpiklə vurdu, sonra isə...
Fransa çempionatının 20-ci turu çərçivəsində Nantda eyniadlı yerli klub və “Pari Sen-Jermen” arasında keçirilən matçın baş hakimi Toni Şapron meydan sahiblərinin onu yerə yıxan oyunçusu Dieqo Karlosu təpiklə vurub və meydançadan kənarlaşdırıb.
Qalmaqallı insident görüşün 90-cı dəqiqəsində parislilərin hücumu zamanı baş verib. Topa yiyələnə bilməyən futbolçu hakimə toxunub və onu yaşıl örtüyün üzərinə yıxıb. Bundan hirslənən Şapron özünü braziliyalıya yetirib və oyunçunu ayağı ilə vurub. Bununla da kifayətlənməyən hakim Karlosa ikinci sarı, ardınca qırmızı kart göstərib və parislilərin lehinə cərimə zərbəsi təyin edib.
Paris klubu səfərdə 1:0 hesabı ilə qalib gəlib və “Monako” klubunu 11 xal qabaqlayaraq turnir cədvəlində liderliyini davam etdirir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın