Hansı çimərliklərdə bakterioloji problemlərlər var?

Hansı çimərliklərdə bakterioloji problemlərlər var? 

Bakı şəhərinin 12 məntəqəsindən məişət tullantıları təmizlənmədən Xəzər dənizinə axıdılır və bu da sonda Xəzər dənizinin çirklənməsinə səbəb olur.

Bunu Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib.

Onun sözlərinə görə, dəniz suyunda bağırsaq çöplərinin normaya uyğun olmaması insanlar arasında kəskin mədə-bağırsaq xəstəliklərinin yayılmasına səbəb ola bilər:

“Çimərlik mövsümü başlamamışdan öncə ərazidən dəniz suyu nümunələri götürülür, labortoriyada müayinələr aparılır. Bir litr suda bağırsaq çöplərinin icazə verilən norması 5 mindir, lakin bəzi ərazilərdə bu göstərici həddindən artıq çox olur.

Məsələn, Qaradağ rayonunda Sahil zonası, Səbail rayonunda Şıx çimərliyi, Suraxanı rayonunda Hövsan çimərliyi, Xəzər rayonunda Türkan çimərliklərində götürülən bakterioloji nümunələr standartlara uyğun gəlməyib”.

O qeyd edib ki, Abşeron yaramadasında, Xəzər rayonunda, Binəqədi rayonu ərazisində olan çimərliklərdən istifadə məqsədəuyğundur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər