“Haqqını alıb, qiymətimi yazıb” –

“Haqqını alıb, qiymətimi yazıb” – Əməkdar artistdən Mələkxanım Əyyubovaya ağır ittiham

Xalq artisti Mələkxanım Əyyubova ilə əməkdar artist Nigar Şabanova arasında qalmaqal böyüyür.

Faktinfo.az AzNews.az-a istinadən xəbər verir ki, Mələkxanım Əyyubova Nigar Şabanovanı tələbəsi kimi təqdim etməsinə etiraz etdib. O, Mələkxanım Əyyubovanın ona heç nə öyrətmədiyini deyib: "Vallah, ondan heç nə öyrənməmişəm”.

Onun bu iradı ilə razılaşmayan Mələkxanım Əyyubova ikincinin ünvanına daha ağır ittihamlar səsləndirib: “Nigar kimdir ki, hər dəqiqə onu gündəmə gətirim. Nigar qələt edir, başını da daşa döyür. Onun tərbiyəsi və mədəniyyəti olsaydı, müəllimi barədə elə sözlər deməzdi”.

Nigar Şabanova isə mədəniyyəti və tərbiyyəsinin göz önündə olduğunu deyib: “Bu günə kimi heç bir böyüyün qarşısında mən özümü yekə aparmamışam. Nə qədər ucalsam da, yenə kiçiyəm. Sənətim, tərbiyəm, nümünəvi geyimlərimlə irəli gedirəm. Efilərə çıxmağa vaxt tapmıram. Çünki dəvət aldığım dövlət tədbirlərim çoxdur. Sənətimlə məşğulam. Hazıra nazir omaq istəyir. Muğam ifaçısı Qəzənfər Abbasov 6-cı sinifdən əziyyətimi çəkir. Bütün uğurlarımı onun sayəsində qazanmışam. Onun haqqını niyə başqasına yedirtməliyəm? Haqqını alıb, universitetdə qiymətimi yazıb. Muğam müsabiqəsi boyunca münsiflər heyəti Qəzənfər Abbasovu ayağa qaldırıb təşəkkür edib. Bəlkə hacansa müsabiqəyə gəlib, tələbəsinə dəstək olub, uğurlarına sevinib? O, hansı müəllim-tələbəlikdən danışır, anlamıram. Mən ona vaxtında çox yalvarmışam. Kasıb qız idim, tanınmırdım, payla-parçayla evinə gedirdim, yalvarırdım-yaxarırdım ki, mənə dəstək olsun, efirlərə çıxartsın. Sözü keçir, hər yerdə tanışı var, azca dəstək versin, qabağa gedim. Özünə hörmət eləsin, danışıqlarına fikir versin. Mənim tərbiyəm yol vermir ki, ona başqa çür cavab verim. O, özünü böyük və tərbiyəli saysaydı, belə ifadələr işlətməzdi”.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər