HAZIRDA İŞLƏYƏNLƏRİN YARISI GƏLƏCƏKDƏ PENSİYA ALMAYA BİLƏR -

HAZIRDA İŞLƏYƏNLƏRİN YARISI GƏLƏCƏKDƏ PENSİYA ALMAYA BİLƏR - Ekspert səbəbləri açıqladı

“Hesablamalar göstərir ki, işsizlik və aşağı əmək haqqı səbəbindən Azərbaycanda potensial olaraq 2,5 milyon nəfər – əmək qabliyyətli əhalinin yarısı – hazırkı şərtlərlə və göstəricilərlərlə hətta 65 yaşına çatsa da belə onlara pensiya deyil, qocalıq müavinəti veriləcək”.

Bu fikirləri iqtisadçı alim Qubad İbadoğlu səsləndirib.

Ekspert bildirib ki, Azərbaycanda hazırda işləyən 1 milyon 691 min 800 nəfərin yarısının – 845 min 900 nəfərinin maaşının 343 manat və ondan aşağı olması onların gələcəkdə pensiya almasında böyük çətinliklər yaradacaq.

Xatırladaq ki, mövcud qanunvericiliyə görə, güzəştli qruplar istisna olunmaqla pensiyaya çıxmaq üçün kişilərin 65, qadınların isə 62 yaşında ya 25 il sığorta stajı, ya da 28.800 manat minimum pensiya kapitalı olmalıdır. Bunladan heç birini ödəyə bilməyənlərə pensiya yaşı çatanda 130 manat qocalıq müavinəti verilir.

Q. İbadoğlu qeyd edib ki, kimsə işsizdirsə və iş axtara-axtara qocalırsa və ya günəmuzd işləyirsə, rəsmi olaraq maaş almırsa, əmək müqaviləsiz çalışırsa o da pensiya ala bilməyəcək: “Qanuna görə, 25 il iş stajı olub, tələb olunan 28.800 manat pensiya kapitalını yığa bilməyənlər minimum məbləğdə pensiya alacaqlar. Odur ki, hər kəsin aşağı maaşla ən azı 25 il işləməsi gərəkdir.

Əgər kimsə işləyirsə ayda, 250 manat maaş alırsa, onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 38,4 il, ayda 300 manat maaş alırsa onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 32 il, ayda 350 manat maaş alırsa onun mimum pensiya kapitalını yığması üçün fasiləsiz olaraq 27,4 il çalışması gərəkdir.

Bu hesablamalar, minimum pensiya məbləği 200 manat olduğu halda keçərlidir. Əgər minimum pensiya məbləği 250 manat olarsa, onda minimum pensiya kapitalı 36 000 manata, əgər mimimum pensiya məbləği 300 manata qədər artırlarsa onda minimum pensiya kapitalı 43200 manata qalxacaq.

Hazırda 28800 manat minimum pensiya kapitalını yığa bilməyənlər pensiyaya çıxa bilmirsə, onda 36 min manatı və ya 43200 manatı necə toplayacaqlar?”

“Bir tərəfdən istəyirik ki, minimum pensiya qalxsın ki, təqaüdçülərin yaşayışı yaxşılaşsın, digər tərəfdən də minimum pensiyanın artması başqalarının pensiyaya çıxmasını daha əlçatmaz edir”- deyə, iqtisadçı vurğulayıb./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər