Həbsdə olan keçmiş icra başçısı hospitala köçürüldü -koronaya yoluxub
Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev koronavirusa yoluxub.
Bu barədə onun vəkili Leyla Məmmədova Report.az-a açıqlamasında deyib.
Bildirib ki, hazırda müvəkkilinin vəziyyəti stabil-ağırdır:
"Sentyabrın 13-də Mahir Quliyevin vəziyyəti ağırlaşdığı üçün Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalına köçürülüb".
Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.
O, ötən il aprelin 30-da Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Hazırda onun cinayət işi üzrə məhkəməsi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Bu xəbər üçün şərh yazın