Heç kim Türkiyə ilə müharibəni gözə almır - ABŞ
Heç kim Türkiyə ilə müharibə təhlükəsini gözə almaq istəmir.
Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun professoru Ryan Ginqeras Yunanıstan mətbuatına deyib.
O bildirib ki, Türkiyə Qərbi Aralıq dənizində nə etmək istədiyi ilə bağlı mesaj göndərdi:
“Ancaq bu ana qədər digər qonşu ölkələrdən, Avropa Birliyindən (AB) və ya ABŞ-dan mesaja cavab verən olmadı. Avropanın böyük ölkələri Türkiyə qarşısında parçalanmış vəziyyətdədir. Heç kim Türkiyə ilə müharibə təhlükəsini gözə almaq istəmir. İtaliya Türkiyənin Liviyadakı mövqeyi ilə bağlı digərləri kimi reaksiya vermədi. Almaniya Fransa ilə müqayisədə bu mövzuda nisbətən sakit qaldı”./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın