"Heç nə əvvəlki kimi olmayacaq"

"Heç nə əvvəlki kimi olmayacaq" -Alimdən müğənnilərə ÇAĞIRIŞ

Dünən müğənni Niyam Salaminin açıqlaması sosial şəbəkələrdə gündəm olub.

Sənətçi xüsusi karantin rejiminin uzadılmasına etiraz olaraq video çəkib İnstaqram səhifəsində paylaşıb. Sərt karantin səbəbindən sosial şəraitinin ağırlaşdığını, dolana bilmədiyini deyən müğənninin fikirləri birmənalı qarşılanmayıb. Onu dəstəkləyənlərlə yanaşı, sərt tənqid atəşinə tutanlar da az deyil. 

Faktinfo.az xəbər verir ki,həmin videonu izlədiyini deyən sosioloq-alim Əhməd Qəşəmoğlu da Sherg.az-a deyib ki, müğənninin səsləndirdiyi fikirlərin məntiqi əsası yoxdur. Çünki o xalqı etiraza çağırır: 


“Kimdən nə tələb edir?  Sabah icazə versinlər toy olsun? Müğənnilərin əsas dərdi odur ki,  toy yoxdur, pul gəlmir. Fərz edək ki, həlledici insanlar bizik.  Neyniyək? Toylara icazə verək?  Mən karantinin uzadılmasının tərəfdarı deyiləm. Amma ölkədə ictimai qınaq mexanizmi yaradılmalıdır. Qaydalara əməl etməyənlər üçün maarifləndirmə işləri aparılmalıdır.


Ona görə ki, insan ehtiyat edib, küçəyə maskasız çıxıb, kiminləsə  qucaqlaşıb, öpüşə bilməsin.  O cəhətdən karantin uzanmasın, çünki çox problem ortaya çıxa bilər. Deyək ki, müğənnilərə qulaq asdıq. Lap  toya icazə versinlər. Şəxsən mən  ən yaxın adamım çağırsa  da, toya  getmərəm. Yəni əksəriyyət belə edər.  Bunların tələb etdikləri absurddur, mənasızdır”. 

Ə.Qəşəmoğlu   hələ aylar öncəsindən verdiyi  müsahibələrdə sənət cameasına xəbərdarlıq  etdiyini də vurğulayıb:

“ Dedim ki,   xanəndələr, müğənnilər, musiqiçilər bilməlidir: “Artıq şou dövrü bitdi!.  Əvvəlki kimi olmayacaq!

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi