“Həftar atəşin kəsilməsi barədə danışıqlara razılıq verib” - BMT
Birləşmiş Millətlər Təşkilatının (BMT) Liviyadakı missiyası (UNSMİL) iyunun 2-də xəbər verib ki, özünü Liviya Milli Ordusunun (LAO) komandanı elən edən marşal Xəlifə Həftar atəşin dayandırılması barədə Faiz Sərracın başçılıq etdiyi Milli Razılıq Hökuməti (MRH) ilə danışıqların bərpasına razılıq verib.
«BMT-nin missiyası Liviyada tərəflərin Birgə hərbi komissiyanın «5+5» çərçivəsində danışıqların bərpasına razılıq verməsini alqışlayır» - missiyanın Tvitter səhifəsində deyilir («Anadolu»).
Bəyanatda həm də göstərilir ki, tərəflər «Liviya vətəndaşlarının siqnalları fonunda danışıq aparmaq üçün razılığa gəliblər. İnsanlar mümkün olan qədər tez bir zamanda ləyaqətli və təhlükəsiz həyat sümək istəyirlər».
«Ümid var ki, Liviya münaqişəsində iştirak edən bütün milli və beynəlxalq tərəflər Liviya xalqının çağırışına reaksiya verəcəklər və müharibəyə son qoyacaqlar - «5+5» formatda danışıqlar atəşin tam dayandırılmasının əsasını qoyacaq» - bəyanatın mətnində belə deyilir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın