“Həm Əliyevlə dostam, həm də Paşinyanla. Nə edim?” – Lukaşenko
Ermənistanın baş naziri Nikol Paşinyan hazırda ölkəsində işgüzar səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenkonu qəbul edib.
Virtualaz.org bildirir ki, bu barədə Belarus hökumətinin “BELTA” xəbər agentliyi məlumat yayıb. Paşinyanla görüşdə olan Lukaşenko bildirib ki, Belarusiyanın Ermənistana qarşı siyasi düşüncəsi heç vaxt dəyişməyəcək və ölkələr “həmişə qardaş olacaqlar”.
“Mən Ermənistandakı vəziyyəti Belarusa münasibət baxımından yaxından izləyirəm. Mən bilirəm ki, ermənilər ona həmişə yaxşı münasibət göstəriblər”, – deyə “BELTA” Lukaşenkodan sitat gətirib.
Belarus prezidenti eyni zamanda Ermənistanla münasibət qurmaqda maraqlı olduqlarını qeyd edib. O əlavə edib ki, Belarusiya Ermənistana qarşı çıxan heç kimlə dostluq etməyəcək.
“Siz də mənim çox yaxşı dostumsunuz, Azərbaycan Prezidenti də qədim zamanlardan bəri yaxşı dostdur. Yaxşı, bu gün mən nə etməliyəm? Mən həm Ermənistanla, həm də Azərbaycanla çox yaxşı münasibətdəyəm”, – deyə Lukaşenko əlavə edib.
Ermənistan baş naziri öz növbəsində iki ölkənin ortaq bir düşüncəyə gəlməsi üçün birlikdə işləməsi və ən çətin mövzuları müzakirə etməsindən çox məmnun olduğunu qeyd edib.
Qeyd edilir ki, Aleksandr Lukaşenko Ali Avrasiya İqtisadi Şurasının oktyabrın 1-də keçiriləcək iclasında iştirak etmək üçün bir neçə saat əvvəl Ermənistana səfərə gedib.
Bu xəbər üçün şərh yazın