"Hər dəfə Eldar Mahmudov, Ramil Usubov və Zakir Qaralov məni həbs edirdi" — SAHİBKARDAN SENSASİON AÇIQLAMA
Hazırda həbsdə olan İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin Samux rayonunda İcra başçısı olduğu zaman rayonda yaşayan Samux Asfalt Beton Zavodunun direktoru Nəsir Nəzərovun 750 min manatını mənimsəyib.
Nəsir Nəzərov KONKRET.az-a açıqlamasında bildirib ki, 2014-cü ildə Vilyam Hacıyevə zəng edib pulunu tələb edəndən yarım saat sonra məni Eldar Mahmudov (keçmiş MTN-in rəhbəri) axtarışa verdi. 2016-cı ildə eyni qaydada mən ona zəng edib sözümü deyəndən bir neçə dəqiqə sonra Ramil Usubovun (keçmiş daxili işlər naziri) göstərişi ilə məni tutdular. Sonra Zakir Qaralovun göstərişi ilə məni həbs etdilər. Yəni mən nə zaman ona zəng edib borcumu istəyirdimsə, dövlət məmurlarının təzyiqinə məruz qalırdım.
Onun sözlərinə görə, hazırda müəssisə tamami ilə müflis olub. Zavodun fəaliyyəti tam dayanıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın