“Heydər Əliyev və Əlyazmalar İnstitutu” mövzusunda elmi seminar keçirilib
7 may 2018-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun akt zalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev və Əlyazmalar İnstitutu” mövzusunda elmi seminar keçirilib.
Tədbir Ümummilli Liderin xatirsənin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Seminarı Əlyazmalar İnstitunun direktoru, akademik Teymur Kərimli açaraq Ulu Öndərin bütün mənalı ömrünü Azərbaycanın tərəqqisinə həsr etdiyini bildirib. O qeyd edib ki, Ümummilli Lider hələ sovet hakimiyyəti dövründən başlayaraq, böyük uzaqgörənliklə dövlət müstəqilliyimiz üçün zəmin hazırlamış, bu gün çoxlarının həsəd apardığı Azərbaycanın böyük iqtisadi, elmi və mədəni potensialını yaratmışdır. T.Kərimli daha sonra respublikamızın müstəqillik yolunda ilk kövrək addımlarını atdığı illərdə xarici və daxili təzyiqlərə məruz qaldığını və yalnız Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində xilas olaraq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirmişdir.
Dahi şəxsiyyətin Azərbaycanın elmi potensialının yüksəlməsində, maddi və mənəvi mədəniyyətinin qorunub, inkişaf etdirilməsində misilsiz xidmətlərini qeyd edən T.Kərimli Əlyazmalar İnstitunun da məhz onun qayğı və diqqəti sayəsində formalaşdığını bildirmişdir. O, bu gün Ulu Öndərin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli “Heydər Əliyev və Azərbaycan elmi” adlı məruzəsində respublikamızda elmin və mədəniyyətin inkişafı ilə bağlı Ulu Öndərin
imzaladığı fərman və sərəncamlardan, onların reallaşmasından və cəmiyyətimizin həyatındakı rolundan danışıb. Elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa kərimov isə “Əlyazmalar İnstitutunun ən böyük hamisi (Heydər Əliyev)” adlı məruzəsində Respublika Əlyazmalar Fondunun Əlyazmalar İnstitunda çevrilməsi sahəsində Ulu Öndərin gördüyü işlər barədə məlumat verib. O, deyib ki, totalitar sovet rejimində bunu etmək olduqca çətin və mürəkkəb bir iş idi, amma Ümummilli Liderin diqqət və qayğısı sayəsində bu, mümkün oldu. Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.ü.e.d., prof. Kamandar Şərifov da öz çıxışında Heydər Əliyevin yazılı abidələrimizə diqqət və qayğısı barədə söhbət açıb.
İnstitutun elmi katib, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə Ulu Öndərin gənclər siyasəti, onun rəhbərliyi altında təşkil olunan Gənclər Forumu və digər beynəlxalq tədbirlər haqqında məlumat verib. Daha sonra baş elmi işçi, tarix ü.e.d. Tahirə Həsənzadə, aparıcı elmi işçi, fil.ü.e.d., prof. Raqub Kərimov, aparıcı elmi işçi Yusif Bağırzadə Ümummilli Liderin Azərbaycan elminə və təhsilinə verdiyi töhfələrdən söhbət açıblar.
Tədbirin sonunda “Heydər Əliyev 95 – Müstəqilliyimiz əbədidir” mövzusunda kitab sərgisinin nümayişi olub.
Bu xəbər üçün şərh yazın