“HÖKUMƏTƏ ƏSAS MESAJLARIMIZI ÖZƏL ÇATDIRIRIQ…”

“HÖKUMƏTƏ ƏSAS MESAJLARIMIZI ÖZƏL ÇATDIRIRIQ…” – ABŞ səfiri

“ABŞ, müstəqil, suveren, güclü Azərbaycanı dəstəkləyir. Hesab edirik ki, Konstitusiyada bəqərar olan dəyərlərə hörmət göstərilməsi Azərbaycanı daha da gücləndirər”.

AzPolitika.info xəbər verir ki, bu fikirləri ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer səfirliyin Facebook hesabında izləyicilərin suallarını cavablandırarkən bildirib.

“Azərbaycanda siyasi azadlıqlarla bağlı problemlərə Vaşinqtonun münasibətinin dəyişmədiyini ifadə edən diplomat, bu istiqamətdə hökumət və vətəndaş cəmiyyəti ilə dialoqu davam etdirdiklərini qeyd edib: “Bizim sərbəst toplaşma azadlığının pozulmasını ifadə edən bəyanatımız oldu. Biz vaxtı çatanda belə problemlərə münasibətimizi ifadə edirik. Amma istəyirəm ictimaiyyət bilsin ki, bizim hökumətə əsas mesajlarımız özəl olaraq çatdırlır. Biz rəsmilərə bildirirk ki, ölkədə qanunların aliliyinin təmin olunması Azərbaycanın beynəlxalq imcininin yaxşılaşdırılması, xüsusən xarici sərmayələrin cəlb olunması üçün mühüm amildir”.

Səfir daha sonra ABŞ-ın iki enerji nəhəngi “Amoco” və “Şevron” şirkətlərinin səhmlərini sataraq Azərbaycanın neft sektorunu tərk etməsinə də münasibət bildirib.

Li Litzenberqer qeyd edib ki, şirkətlərin bu qərarları ABŞ-ın Azərbaycanın enerji sektoruna marağının azaldığını ifadə etmir: “Bu, onların bazarlara daxil olmaq, bazarlardan çıxmaq, biznes mühiti, maliyyə planlamaları ilə bağlı verilmiş müstəqil qərarlarıdır. Vaşinqton Azərbaycanın enerji siyasətinə dəstəyini ifadə etmədə davam edir və biz Avropanın enerji təchizatını, enerji müstəqilliyini dəstəkləyən Cənub Qaz Dəhlizini dəstəkləyirik. Həmçinin Azərbaycanın enerji sektorunda çoxlu sayda ABŞ şirkətləri çalışır və onlar fəaliyyətlərini davam etdirirlər”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi