Honq-Konq Universitetinin professoru ADAU tələbələri üçün onlayn mühazirə söyləyib

Honq-Konq Universitetinin professoru ADAU tələbələri üçün onlayn mühazirə söyləyib - FOTOLAR

3 mart 2021-ci il tarixində Honq-Konq Bilik İdarəetmə və İnnovasiya Tədqiqatları Mərkəzinin (KMIRC) Direktoru, Honq-Konq Politexnik Universitetinin Təhsil İnkişaf Mərkəzində Təhsilin İnkişaf etdirilməsi üzrə mütəxəssisi Eric Tsui Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri üçün “Dördüncü sənaye inqilabı” mövzusunda onlayn mühazirə söyləyib.

Faktinfo.az xəbər verir ki,Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə keçirilən mühazirədə iştirak edən Nazirliyin İnsan resursları şöbəsinin əməkdaşı Emin Əliyev, Universitetin tədris işləri üzrə prorektoru  Anar Hətəmov çıxış edərək mövzunun aktuallığı, ölkəmizin kənd təsərrüfatında tətbiq olunan innovativ texnologiyalar, aqrar təhsilin və elmin inkişafı barədə məlumat veriblər. Professor Eric Tsuinin dördüncü sənaye inqilabında dəyişikliklərin xüsusiyyəti, sosial-iqtisadi inkişafda rolu, süni intellekt və digər maraqlı məlumatlar barədə təqdimatı tələbələrin böyük marağına səbəb olub. Görüşdə iştirak edən universitetin ingilis bölməsi üzrə müvafiq ixtisaslarda təhsil alan tələbələrinin sualları qonaq mühazirəçi tərəfindən cavablandırılıb və o, tələbələrinin fəallığına görə məmnunluğunu ifadə edib.

Honq-Konq Universitetinin professoru ADAU tələbələri üçün onlayn mühazirə söyləyibHonq-Konq Universitetinin professoru ADAU tələbələri üçün onlayn mühazirə söyləyibHonq-Konq Universitetinin professoru ADAU tələbələri üçün onlayn mühazirə söyləyibHonq-Konq Universitetinin professoru ADAU tələbələri üçün onlayn mühazirə söyləyibHonq-Konq Universitetinin professoru ADAU tələbələri üçün onlayn mühazirə söyləyib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər