I ixtisas qrupunun rekordcuları Bakı Ali Neft Məktəbini secəcək - FOTO

I ixtisas qrupunun rekordcuları Bakı Ali Neft Məktəbini secəcək - FOTO 

I ixtisas qrupu üzrə ötən gün açıqlanan qəbul imtahanının nəticələrinə görə, 12 nəfər 400 bal toplamaqla, ən yüksək nəticəni göstərib.

Bundan başqa, I ixtisas qrupu üzrə yalnız 1 nəfər – Xırdalan şəhəri, 1 saylı orta məktəbin məzunu Hüseyn Abdullayev imtahanda 400 bal olmaqla, hər iki mərhələnin cəminə görə maksimal olan 700 balı toplayıb. 

I qrup üzrə ikinci ən yüksək nəticəni isə 697 balla Bakı şəhəri, Binəqədi rayonu 297 saylı orta məktəbin məzunu Nahid Nuri göstərib. Onların hər ikisi də imtahanın I mərhələsində maksimal 300 bal toplayıblar. 

Yüksək bal toplayan hər iki abituriyent Bakı Ali Neft Məktəbini (BANM) seçməyi planlaşdırır. Hüseyn Abdullayev BANM-in İnformasiya təhlükəsizliyi və Proseslərin avtomatlaşdırılması ixtisasları arasında seçim etməyi nəzərdə tutub. Nahid Nuri isə İnformasiya təhlükəsizliyi ixtisasını seçmək niyyətindədir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər