“İcbari Tibbi Sığortaya inamsızlıq...” – Pul yığımı var, xidmət isə yoxdur!
Azərbaycanda “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin xidmətlərin göstərilməsi daha 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilir.
Bu, Vergi Məsəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, sözügedən möhlət 1 yanavr 2020-ci ildən 31 dekabr 2021-ci ilə qədər olan möhlət 31 dekabr 2022-ci ilə qədər artırılır.
Qərarı “Sherg.az”a şərh edən iqtisadçı - ekspert Nazim Bəydəmirli bildirib ki, bu qərarın verilməsinin səbəbi fondun xərclərinin optimallaşdırılmasına vaxt tanınmasıdır:
“Bu addım İcabari Sığorta Fondunun daha keyfiyyətli xidmət göstərə bilməsi üçün nəzərdə tutulub”.
İqtisadçı hesab edir ki, Azərbaycan xidmət göstərən tibbi müəssisələr və sığorta şirkətləri demək olar ki, məmur oliqarxiyasına məxsusdur:
“Ancaq güman etmirəm ki, bununla iş bitmiş olsun. İnsanların seçim imkanları yoxdur. Adətən tibbi sığorta olunan müxtəlif şirkətlər və dövlət qurumları insanları ayrıca sığorta şirkətlərinə və onların sahibi olduğu klinikalara yönləndirirlər. Hətta vətəndaşlara uzaq olsa da, o, müqaviləyə, əsasən, şəhərin digər tərəfinə getməyə məcbur olurlar. Bir çox siqnallar verilmişdi ki, belə məhdudiyyətlər aradan qalxacaq. Çünki məlum proses birbaşa inhisarçılıq yaradan amildir. Bu zaman da insanlar sığortaya etibar etmir”.
N.Bəydəmirli ölkədə icbari sığortaya inamsızlığın səbəbərindən də danışıb:
“Əsas səbəblərdən biri göstərilən xidmətin hələ də normal olmamasıdır. Digər ölkələrdə bu vəziyyət fərqlidir. Məsələn, Gürcüstanda ictimai tibbi sığorta çox güclü şəkildə formalaşıb. Onlarda bu sistem vətəndaşın istək və tələblərini nəzərə alır və ödəyir”.
İqtisadçı bu sahədə rəqabətin olmadığından söz açıb:
“Azərbaycanda bazar iqtisadiyyatı olmasına baxmayaraq, inhisarçılıq yüksək səviyyədədir. Rəqabətçilik mühiti azdır. Çox təəssüf edirəm ki, dövlət öz mülkiyyətində olan xəstəxanalara daha çox maddi və digər dəstək göstərir. Özəl sektora isə çox qısqanclıqla yanaşır. Özəl sektorun marağı dövlət sektorundan aşağı tutulursa, hüquq və vəzifələr belə bərabər olmursa, bizim ölkədəki vəziyyət yaranır. Həkimlərin icbari sığortadan gələn qonorarı aşağı olduğuna və fondun xərclərnin şəffaf olmadığına görə əhali arasında etibarsızlıq var. Bunlar aradan qaldırılsa, tədricən bu proses düzələ bilər”.
Bu xəbər üçün şərh yazın