“İÇƏRİŞƏHƏR” DONDURMALARI ÇƏKİDƏ ALDADIR, QİYMƏTİ DƏ YÜKSƏK…

“İÇƏRİŞƏHƏR” DONDURMALARI ÇƏKİDƏ ALDADIR, QİYMƏTİ DƏ YÜKSƏK… 

“Rich A.S” MMC “İçərişəhər” adı ilə buraxdığı dondurmaların çəkisində istehlakçıları aldadır. Qablaşdırmanın üzərində göztərilən dondurmanın çəkisi onun real çəkisindən qat-qat aşağıdır.

Vətəndaş Əhməd Əli şirkətin yalanınız üzə çıxarıb. O bildirib ki, ən ucuz qiymətə satılan plambir dondurmalarının çəkisi belə “İçərişəhər” adı ilə satılan dondurmanın çəkisindən çoxdur. Üstəlik qiyməti də bahadır:

“İstehsalçısı “Rich A.S” MMC-dir. Ən ucuz digər plombir belə “İçərişəhər” dondurmasından daha doludur. Qablaşdırmada 70 + 2 gram yazıblar, ancaq heç 60 qram da deyil. Qiyməti də 70 qəpikdir. Ən ucuz plombir dondurması isə 30-40 qəpik olsa, çəkisi daha çoxdur. 30 və 70 qəpiklik dondur arasındakı fərqi siz də görün”./Tribunainfo.az



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər