İcra başçısı məktəblərdən 120 min alıbmış

İcra başçısı məktəblərdən 120 min alıbmış 

Milli Məclisin deputatı Etibar Əliyev həbs olunmuş Kürdəmir Rayon İcra Hakimiyyitənin başçısı Ceyhun Cəfərovun rüşvət aldığı məktəblərin məzunlarından bir nəfər belə ali məktəbə daxil olmadığını bildirib.

 E.Əliyev qeyd edib ki, Ceyhun Cəfərov rayon ərazisində yerləşən məktəblərdən müxtəlif vaxtlarda 120.000 manat rüşvət alıbmış.

 

“2018-2019-cu tədris ilində Kürdəmir rayonunun Mollakənd qəsəbə, Qarabucaq kənd, Q. Sadıqov adına Mollakənd kənd, Carlı kənd, Böyük Kəngərli kənd, E.Qurbanov adına Qarasu kənd və Garıs-Əyribənd kənd tam orta məktəblərinin bir abituriyenti belə ali təhsil müəssisələrinə daxil olmayıb. Belə məktəblərdən pul yığarlar!? Rayonda 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 33 faizdir...” – E.Əliyev deyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər