İcra başçısı Qırmızı Qəsəbədə olub - FOTOLAR
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov dağ yəhudilərinin məskunlaşdığı Qırmızı Qəsəbədədə olub.
Faktinfo.az xəbər verir ki,daha sonra RİH rəhbəri Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka gəlib,abidə qarşısına güç dəstəsi qoyub. O,həmçinin Qırmızı Qəsəbədəki Şəhidlərin adını daşıyan bulaq-xatirə kompleksi ilə tanış olub,bu mənada Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi,"Giləki", "Altı Günbəz" sinaqoqları və tarixi "Tağlı körpü" və milli qəhrəman Albert Agarunovun adını daşıyan küçədə olub.
İlqar Mahmudov görüş əsnasında “Ağsaqqallar klubu”nda qəsəbə icmasının üzvləri ilə söhbət etmiş,ölkəmizdəki və Quba rayonundakı multikultural və tolerant mühit, həmçinin əsrlər boyu müxtəlif xalqların səmimi şəkildə birgəyaşayışı ilə bağlı geniş fikir mübadiləsi aparmışdır.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın