İcra başçısı: "Lokal xarakterli antiterror əməliyyatları Azərbaycanın növbəti qələbəsinin təntənəsidir"

İcra başçısı: "Lokal xarakterli antiterror əməliyyatları Azərbaycanın növbəti qələbəsinin təntənəsidir" 

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun 26-27 oktyabr 2023-cü il tarixlərdə şəhid ailələri ilə növbəti görüşü keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov şəhid ailələri ilə görüşü zamanı qeyd etmişdir ki,ölkə Prezidenti,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini diqqət mərkəzində saxlayır,şəhid ailələri yüksək dövlət qayğısı ilə əhatə olunurlar.bu məqsədlə şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması olan “YAŞAT” Fondu tərəfindən indiyədək 15 minə yaxın hərbçi öhdəliyə götürülmüşdür. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər.

Rayon İcra Hakimiyyətinin başçısı həmçinin qeyd edib ki, ötən ay Azərbaycanın Qarabağ bölgəsində aparılmış lokal xarakterli antiterror əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələri birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti qələbəsinin təntənəsidir. 

Bu uğurun nəticəsi kimi 15 oktyabr 2023-cü il tarixdə dövlətimizin başçısı,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin separatçılardan təmizlənmiş Xankəndi və digər şəhərlərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması respublikamızın suverenliyini təmin etməklə bərabər, sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi.

Səmimi şəraitdə baş tutan görüşdə  Quba rayonunda da şəhid ailələrinə göstərilən hərtərəfli qayğı barədə geniş danışılmış, ŞƏHİD VALİDEYİNLƏRİNİ maraqlandıran məsələlər dinlənilmiş, bundan sonra da onlara yüksək diqqət və qayğı göstəriləcəyi bildirilmişdir.

Faktinfo.az

İcra başçısı: "Lokal xarakterli antiterror əməliyyatları Azərbaycanın növbəti qələbəsinin təntənəsidir"İcra başçısı: "Lokal xarakterli antiterror əməliyyatları Azərbaycanın növbəti qələbəsinin təntənəsidir"İcra başçısı: "Lokal xarakterli antiterror əməliyyatları Azərbaycanın növbəti qələbəsinin təntənəsidir"İcra başçısı: "Lokal xarakterli antiterror əməliyyatları Azərbaycanın növbəti qələbəsinin təntənəsidir"İcra başçısı: "Lokal xarakterli antiterror əməliyyatları Azərbaycanın növbəti qələbəsinin təntənəsidir"İcra başçısı: "Lokal xarakterli antiterror əməliyyatları Azərbaycanın növbəti qələbəsinin təntənəsidir"İcra başçısı: "Lokal xarakterli antiterror əməliyyatları Azərbaycanın növbəti qələbəsinin təntənəsidir"İcra başçısı: "Lokal xarakterli antiterror əməliyyatları Azərbaycanın növbəti qələbəsinin təntənəsidir"İcra başçısı: "Lokal xarakterli antiterror əməliyyatları Azərbaycanın növbəti qələbəsinin təntənəsidir"İcra başçısı: "Lokal xarakterli antiterror əməliyyatları Azərbaycanın növbəti qələbəsinin təntənəsidir"
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər