İcra başçısının müavini İŞDƏN ÇIXARILDI

İcra başçısının müavini İŞDƏN ÇIXARILDI 

Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Xalid Rəhimov vəzifəsindən çıxarılıb.

Lənkəran RİH-dən HİT.az-a verilən məlumata görə, Xalid Rəhimov işdən çıxmaq üçün özü ərizə ilə müraciət edib.

O, səhhətində problem olduğu üçün vəzifəsindən uzaqlaşdırılmasını istəyib. X.Rəhimov həmçinin, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.

İcra başçısı Taleh Qaraşovun əmri ilə X.Rəhimov işdən azad edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi