İcra başçısının sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib

İcra başçısının sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib 

04 dekabr 2019-cu il tarixində 32 №-li tam orta məktəbdə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən Kamil Balakişiyev küçəsi 17, 19 və Qara Qarayev prospekti 22, 24, 26, 28 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.

Faktinfo.az  xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının və 1 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

Rayon rəhbəri tərəfindən vətəndaşların müraciət və şikayətləri dinlənilib, onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər