İdlib Avropada miqrasiya böhranı yaradacaq – Makron
İdlibdəki situasiya Avropanı yeni miqrasiya böhranı ilə təhdid edir.
Bunu Fransa Prezidenti Emmanuel Makron deyib. O, bu məsələni bir neçə qeyri-hökumət təşkilatı ilə müzakirə etdiyini bildirib.
Makron 2 milyondan artıq insanın təhlükəli situasiyada olduğunu deyib:
“Situasiya həddən artıq təhlükəlidir. Dünən iki türk əsgəri həlak olub, ölənlərin sayı hücum başlayandan bu yana artır. Bu idarəolunmaz hərbi eskalasiyaya gətirib çıxara bilər”./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın