İki ayda 100-ə yaxın bağça müdiri vəzifəsindən azad olunub
Bu ilin iyun-iyul aylarında 100-ə yaxın bağça müdiri işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub.
APA.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
O bildirib ki, yoxlamalar davam etdiriləcək və işini düzgün yerinə yetirə bilməyən şəxslərlə bağlı mütəmadi tədbirlər görüləcək.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın