İKİ MTN GENERALI HƏBS EDİLDİ - Baş Prokurorluğun İstintaq İdarəsində dindiriliblər + FOTO
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlam Şıxalıyev və Nizami Şirinov saxlanılıb.
Hər iki şəxs Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib. Daha sonra Nəsimi Rayon Məhkəməsi tərəfindən hər iki general barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Report.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yaxın vaxtlarda məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın