İki prorektor və bir dekan işdən çıxarıldı

İki prorektor və bir dekan işdən çıxarıldı –BDU-da yeni təyinatlar

Bakı Dövlət Universitetinin (BDU) iki prorektoru işdən çıxarılıb.

Faktinfo.az Report.az-a  istinadla xəbər verir ki, ali məktəbin Elm və innovasiyalar üzrə prorektoru, Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və Ümumi işlər üzrə prorektoru Cəfər Eyvazovvəzifələrindən azad olunub.

BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika elmləri doktoru Hüseyn Məmmədov universitetin Elm və innovasiyalar üzrə prorektoru təyin olunub.

Bundan başqa, BDU-nun Biologiya kafedrasının dekanı Əməkdar elm xadimi, professor Akif Quliyev işdən çıxarılıb.

Bundan əlavə, Tarix fakültəsinin dekan müavini Rəşad Cabbarov BDU-nun Həmkarlar İttifaqı Komitəsin sədri seçilib/Report.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi