"İLK BÖYÜK QƏLƏBƏ!" - Ukrayna ordusu rus desantçıları məhv edərək, Hostomel aerodromunu geri aldı
Ukrayna Ordusunun xüsusi bölmələri Kiyev ətrafındakı Hostomel aerodromunu Rusiya desantçılarından təmizləyiblər. Aerodrom geri alınıb.
Faktinfo.az AzPolitika.info -ya istinadla xəbər verir ki, Ukrayna prezident ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bu barədə bəyan edib.
Xəbəri Daxili İşlər nazirinin müşaviri Anton Qeraşenko da təsdiq edib. O, bildirib ki, Ukrayna desantçıları Hostomel aerodromunu rusiyalı işğalçılardan təmizləyiblər. Sağ qalan ruslar meşələrə doğru qaçıblar. "Hostomel! İlk böyük qələbə! Bir saat əvvəl vertolyotlu desantçılar Hostomel aerodromunu geri aldılar. Aerodrom düşməndən təmizlənib", - o, sosial şəbəkədə yazıb.
"Ukrayna Silahlı Qüvvələri aktiv fəaliyyətlərlə düşmənin əsas qüvvələrinin aerodroma yerləşməsinə imkan vermədilər. Böyük itkilər verən qruplaşma ilə döyüşlər davam edir" - Müdafiə nazirinin müavini Anna Malyar xəbər verib.
"AzPolitika"
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın