İlqar Məmmədovun rəhbərlik etdiyi partiya bu seçki dairələrində imza toplayacaq

İlqar Məmmədovun rəhbərlik etdiyi partiya bu seçki dairələrində imza toplayacaq 

REAL Partiyası 33 və 35 saylı Xətai seçki dairələrinin ərazisində seçki tələbi ilə imza toplayacaq.

Bu barədə partiya sədri İlqar Məmmədov məlumat verib.

 

“Bu və bir neçə başqa dairələrin nəticəsi 2 il əvvəl ləğv olunub. Konstitusiya deputat sayını 125 kimi göstərsə də, 2 ildir Konstitusiya pozulmuş durumdadır, cəmi 120 təmsilçi var. Bəzi ölkələrdə parlamentdə üzvlük müddəti cəmi 2 ildir, bizdə isə 200 min seçici 2 ildən çoxdur təmsilçisiz qalıb. Nə qədər imza toplayaq? Nəzəri baxımdan dairədə qalib olmaq üçün 1 səs də kifayət edir. Yəni 40 min seçicidən cəmi 1 nəfər gəlib kiməsə səs versə, o şəxs deputat sayılır. 

Amma nəzəri norma ilə məhdudlaşmadıq, faktiki mənzərəyə baxdıq. Son seçkidə, yəni 2020-ci ilin fevralında ölkədə ən az səslə qalib gələn deputat bütün seçicilərin 5,65 faizinin səsini qazanıb. Xətai-33 üçün nisbətdə bu edir 2690, Xətai-35 üçün isə 2205 seçici. Yəni nəzəri-praktiki baxımdan seçilmək üçün minimum belədir. Bu rəqəmlər heç bir hüquqi məcburiyyət yaratmır, daha çox rəmzidir, amma siyasi yükə malikdir. Ona görə imza toplamanı onların üzərindən quracağıq. Daha 3 boş qalan dairədə hansısa partiya ya da ictimai qrup istəsə, imza toplasın. Bizim aksiya son nəticədə onlar üçün də keçərlidir” – İ.Məmmədov bildirib./Pravda.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi