İmtahan nəticələri sabah açıqlanmasın – Təklif
Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 14-də III, iyulun 15-də isə II ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək.
14-15 iyulda imtahan verəcək 25 minə yaxın abituriyent var. Gözlənilir ki, 1-2 iyulda keçirilmiş imtahanların nəticələri 14-15 iyulda açıqlansın. Hesab edirəm ki, bu, yanlışdır.
Bu sözləri təhsil eksperti Kamran Əsədov qəbul imtahanlarının nəticələri barədə danışarkən deyib.
“İmtahan günü nəticələri açıqlamaq abituriyentləri stressdə saxlaya bilər. Çünki abituriyentlər nəticələrini bilib imtahana daxil olsalar, müəyyən psixoloji gərginlik keçirə bilərlər. Yaxşı olar ki, imtahanların nəticələri 16-sı açıqlansın”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın