İnam Kərimov Anar Hüseynovdan FAİZ ALIR... - İTTİHAM VAR!
Bu barədə DİA.AZ-a danışan mənbə bildirir ki, açıqlanan məlumatlar həm faktdır və həm də YEGANƏ FAKT deyil. Mənbə iddia edir ki, hal-hazırda KTN-də əsas fiqurlardan biri kimi diqqətə gələn Anar Hüseynovun məlum yeyintisindən birbaşa olara nazir İnam Kərimov məlumatlıdır.
Mənbə dia.az-a bildirir:
"İnam Kərimov nəinki xəbərdardır, həm də şərikdir. Və bu yeganə fakt deyil. Anar Hüseynovun əli ilə nazirin şəxsi cibinə il ərzindəı 10 milyon manata yaxın vəsait yönləndirilir. Bu faktı hüquq-mühafizə orqanları asanlıqla müəyyən edə bilər. Bunun üçün Anar Hüseynovu bir saat dindirsələr, hər şey ortaya çıxacaq".
Mənbə bildirir ki, əslində Anar Hüseynov kimi fiqurlar "faizə oturmuş" hesab olunur: "Onlar nazirin qazanc gətirənləridir və ümumi qzancdan müəyyən faizi özlərinə götürürlər. Əvvəlki dönəmlərdə də KTN belə işləyib və yazıqlar olsun ki, İnam Kərimov ona olan ümidləri puça çıxararaq köhnə üsullara - TALANÇILIĞA davaç dedi..."
İddia olunanlarla bağlı Faktinfo.az saytı gün ərzində Anar Hüseynovdan məsələyə münasibət öyrənmək istəsə də buna şərait yaradılmayıb.
Bu xəbər üçün şərh yazın