"İnanıram ki, toy mərasimlərinin keçirilməsi qarşıdakı aylarda mümkün olacaq" -Baş redaktor
Koronavirusla bağlı vəziyyət stabilləşsə, toyların keçirilməsi məsələsinə baxıla bilər.
Faktinfo.az xəbər verir ki,bunu Mediaxeberleri.az informasiya portalının rəhbəri Ələddin Kəsəmənli özünün facebook səhifəsində izləyiciləri üçün dinləmələr keçirərkən bildirib.
"Tezliklə proses bitəcək və insanlar normal həyat tərzinə qayıdacaq. Hələki hər bir vətəndaş diqqətli olmalı, özünü və yaxınlarını qorumalı, birlik nümayiş etdirməlidir.Bilməliyik ki, müvəqqəti çətinlikdir, müəyyən vaxtdan sonra əvvəlki həyat tərzimizə qayıda biləcəyik.Məhdud sayda ailə üzvləri, qohum və yaxınların iştirakı ilə toy mərasimlərinin keçirilməsi inanıram ki, qarşıdakı aylarda mümkün olacaq".
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın