İngiltərə və Ukrayna razılaşdı: Rusiyaya qarşı həmlə
Ukrayna Prezidenti Vladimir Zelenski ilə İngiltərə Baş naziri Bоris Cоnsоnla siyasi əməkdaşlıq, azad ticarət və partnyоrluq barədə Saziş imzalanıb.
Bu barədə Ukrayna XİN başçısı Dmitri Kuleba deyib.
“Tarixi an: bir müqavilə imzalandı. Baş nazir Boris Consonun da dediyi kimi, bu daha çox ticarət, daha çox təhlükəsizlik Ukrayna ilə İngiltərə arasında daha çox qarşılıqlı əlaqə deməkdir. Avropanın iki cinahı - qərb və şərq daha da yaxınlaşdı”, - Kuleba bildirib.
İngiltərə Baş naziri Bоris Cоnsоn da çıxışında NATO-nun Ukraynaya “Genişləndirilmiş Fürsətlər Tərəfdaşı” statusu vermə qərarını alqışlayıb və müdafiə və təhlükəsizlik islahatları üçün Kiyevə dəstəyini bildirib./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın