
İnquşetiyada atışma:biri polis olmaqla 3 nəfər ölüb, yaralananlar var
İnquşetiyanın Nazran şəhərində atışma nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.
TASS xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarından bildirilib.
Məlumata görə, mübahisə zəminində dava-dalaş düşüb, daha sonra atışmaya keçib. Nəticədə biri polis olmaqla 3 nəfər ölüb.
Bildirilib ki, hadisə Nazran şəhərinin Altiyev inzibati rayonunda baş verib.
Hadisənin səbəbi araşdırılır/Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın