İnstitut direktoru vəfat etdi - FOTO
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Əlişir Musayev vəfat edib.
Ə. Musayev 71 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Əlişir Veys oğlu Musayev 1949-cu ildə Gürcüstan Respublikasının Başkeçid rayonunun Qızılkilsə kəndində anadan olub.
Ə. Musayev ATU-nun fizioterapiya və tibbi reabilitasiya kafedrasının müdiri, t.e.d., professor, Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olub.
2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Tərəqqi medalı ilə təltif edilib. 2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 3 cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın