"İNTİHAR EDƏCƏYƏM!" – AZƏRTAC-ın keçmiş əməkdaşı

"İNTİHAR EDƏCƏYƏM!" – AZƏRTAC-ın keçmiş əməkdaşı 

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) keçmiş əməkdaşı Aygün Əliyeva intihar edəcəyini bəyan edib.

Faktinfo.az AzPolitika.info-ya istinadən xəbər verir ki, "Feysbuk" səhifəsində paylaşım edən jurnalist agentliyin keçmiş və indiki rəhbərliyinin, habelə Ali Məhkəmənin ona qarşı təzyiqlərinə görə həyatına qəsd etmək qərarına gəldiyini yazıb. A.Əliyeva Prezident İlham Əliyevə də müraciət ünvanlayaraq üzləşdiyi haqsızlıqları təsvir edib: 

"Bu, sonuncu postumdur. Bu gecə mənimçün hər şey bitəcək. Amma əvvəlcə deyəcəm. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə açıq müraciətimdir. Bir də belə haqsızlıqlar yaşanmasın deyə. Mən iki ildən çoxdur AZƏRTAC və onun keçmiş rəhbəri Aslan Aslanovla hüquq çərçivəsində mübarizə aparırdım. Ötən il Ali Məhkəmə heç gözləmədiyim halda, heç bir təzyiqə baxmadan əleyhimdə olan qərarları ləğv edib, Apellyasiya Məhkəməsinə göndərmişdi və biz işi bu instansiyada udduq.


Qalibiyyətimizdən az sonra cənab Prezident İlham Əliyev Aslan Aslanovu işdən azad etdi və onun mənə etdiyi şəxsi haqsızlıq daxil bütün paxırlarının üstü açıldı. Aslanov və oğlu Tural Aslanovun məndən aylıq “dolya” istəmələri, sonra Prezident Administrasiyasının adı ilə hədələməsini də bu qanunsuzluqların üstünə əlavə etmək olardı. AZƏRTAC-a yeni rəhbərlik gəldi. Mənim də yaxşı tanıdığım Vüqar Əliyev. Az sonra məlum oldu ki, Aslan Aslanov getmədən qabaq yenidən Ali Məhkəməyə müraciət edərək Apellyasiya Məhkəməsinin qərarını ləğv etməyi xahiş edib.


Bir gün mənə Vüqar Əliyev zəng edib “gəl barışıq edək, mən sənə təzminat vermirəm, işinə də bərpa ermirəm, ancaq sənə verilən haqsız maddəni ləğv edim, sən də get iş tap” deyəndə “axı, mən haqlıyam, sən də bilirsən, niyə mənə bu cür barışığı təklif edirsən” deyə soruşdum. Cavab bu oldu ki, “sən haqlısan davanda, Aslan haqqa girib. Amma mən də onun etdiyinə görə cavab verməli deyiləm, təzminatı da ödəyə bilmərəm, çünki xərcləməli başqa yerlər var” oldu. Mənimsə cavabım bu oldu: Mən ölkəmin Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə inanıram. Onlar bir dəfə səhv hesab edib geri qaytardıqları və bu dəfə düz qərar çıxaran Apellyasiya Məhkəməsinin qərarını ləğv etməyəcəklər.


Amma sən saydığını say. Ali Məhkəmə absurdluğa imza atdı. Ötən il Apellyasiya Məhkəməsinin məni haqsız çıxaran qərarını ləğv edib geri qaytarır. Yenidən keçirilən Apellyasiya Məhkəməsi bu dəfə işi dərindən araşdıraraq 19 bənd üzrə mənı haqlı bilir. Amma Ali Məhkəmə bu qərarı da səhv hesab edib, işi yenidən Apellyasiya Məhkəməsinə göndərir. Sual olunur: bəs hansı qərarı gözləyirsiz, cənab hakim Aqil Abbasov? Üçüncü qərar nə ola bilər?” 

A.Əliyeva yazır ki, AZƏRTAC-ın yeni rəhbərliyi sırf uduzub ona təzminat verməsin deyə, Ali Məhkəməyə təzyiq edərək, onun yenidən uduzmasına nail olub. “Dövlətin milyonlarını yeyən Aslan Aslanov getdi, Vüqar Əliyev gəldi, amma dəyişən heç nə olmadı. Haqsızlıq davam edir”, - jurnalist əlavə edib.


“Mənim artıq yaşamağa səbəbim yoxdur. Ana olmaq kifayət deyil, uşaqlarına baxa biləcək ana olmaq lazımdır. Üstəgəl, mənim inamım itib. Yoxdur daha. İnamsız yaşamaq olmur. Mənə bilirsiz nə dedilər? Sən dövlətlə dalaşıb, udacaqdın ki? Yox, mən dövlətlə dalaşmırdım. Mən dövlətin mənim haqqımı bərpa etməsi üçün ali hüquq vasitəsilə haqqımı axtarırdım. Tapdım da. Amma dedilər ki, elə deyil. Aslanovun başladığı bu haqsızlığa davam edəcəyik, çünki o, dövlət adından dalaşıb. Mən bu haqsız maddəyə görə iş tapa bilmirəm. Çünki yenə dövlət bu yazılmamış qaydanı qoyub. Yaşamıma son vermək qərarı aldım. Bunun günahkarı AZƏRTAC-ın rəhbərliyi, onların sözü ilə haqsız qərar verən Ali Məhkəmə hakimləridir”, - Aygün Əliyeva yazıb. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi