“İntihar körpüsü” hələ də mühafizə olunur

“İntihar körpüsü” hələ də mühafizə olunur 

Bakıda “İntihar körpüsü” kimi ad çıxarmış “Koroğlu” metrosunun üstündəki yol qovşağı mühafizə polisinin nəzarətindədir.

Axar.az xəbər verir ki, körpünün uzun müddətdir fasiləsiz olaraq polis nəzarətində olması bir zamanlar sözügedən körpüdə intihar cəhdləri ilə əlqədardır. Yayda, qışda, yağışda, istidə… mühafizə polisinin avtomobili “Koroğlu” metro stansiyasının yaxınlığındakı körpünün üzərində olur.

Mühafizə polisinin nəzarətindən sonra intihara cəhd edənlərin bu köprünü məkan seçməsinin qarşısı alınıb.

Qeyd edək ki, “Koroğlu” stansiyası yaxınlığındakı bu körpü dünyada ilk bu məqsədlərlə istifadə edilən körpü deyil. San-Fransisko şəhərində yerləşən Qızıl Körpü də bir zamanların məşhur “İntihar körpüsü” olub. Orta hesabla hər iki həftədən bir həmin körpüdə kimsə həyatı ilə vidalaşırmış.

Qonşu ölkə Türkiyədə də Bosfor boğazı üzərindəki körpü bir vaxtlar “İntiharlar körpüsü” kimi ad çıxarıb. Türkiyədə bunun qarşısını almaq üçün körpüdə piyadaların gedişinə qadağa qoyulub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi