İQBAL MƏMMƏDOV MONDİGAH-ÇAYRUD KƏND AĞSAQQALLARI İLƏ GÖRÜŞÜB

İQBAL MƏMMƏDOV MONDİGAH-ÇAYRUD KƏND AĞSAQQALLARI İLƏ GÖRÜŞÜB -FOTO

Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik seçki dairəsindən namizəd İqbal Məmmədovun təşviqat-təbliğat kompaniyası uğurla davam edir.

Namizəd İqbal Məmmədovun növbəti görüşü Lerikin Mondigah və Çayrud kəndlərində baş tutub. Havanın şaxtalı keçməsinə baxmayaraq İqbal Məmmədov kənd ağsaqqalları ilə görüşmək üçün həmin kəndlərə gedib. 

İqbal Məmmədov görüşdə iştirak edən kənd ağsaqqallarına və sakinlərə minnətdarlığını ifadə edib. 

Görüşləri uğurla davam etdirən İqbal Məmmədov özünün facebook səhifəsindən də kənd ağsaqqallarına təşəkkürünü bildirib.

"Əziz seçicilərim, təbliğat-təşviqatla bağlı görüşlərimiz proqramımıza uyğun olaraq uğurla davam etməkdədir. Bu gün Yeni Azərbaycan Partiyasının təbliğat kompaniyası çərçivəsində rayonumuzun Monidigah və Çayrud kənd inzibati ərazi dairələrində, ayrıca olaraq Rvarud kəndində seçicilərlə növbəti görüşümüzü keçirtdik. Kənd ağsaqqalları, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər tədbirimizdə yüksək fəallıqla iştirak etdilər. Görüşdə ötən 5 illik fəaliyyətimizi seçicilərimizlə müzakirə etdik, qarşıdakı illərdə dövlətimizin uğurla həyata keçirəcəyi sosial-iqtisadi islahatlardan bəhs etdik, seçicilərimizin arzu və istəklərini dinlədik. Tədbirdə iştirak edən seçicilər birmənalı olaraq öz çıxışlarında Yeni Azərbaycan Partiyasının irəli sürdüyü “Daha Güclü Azərbaycan Naminə!”olan seçki platformasını bəyəndiklərini və Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildirdilər".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər