İran 2 milyon barel ağır xam nefti satışa çıxarır –Müştəri tapa biləcəkmi?

İran 2 milyon barel ağır xam nefti satışa çıxarır –Müştəri tapa biləcəkmi? 

İranın Milli Neft Şirkəti 27 avqustda 2 milyon barel ağır xam nefti enerji birjasında satışa çıxaracaq.

Bu barədə Trend.az  İranın Milli Neft Şirkətinin informasiya portalına istinadən məlumat verib.

Məlumata görə, xam neftin hər bir barelinin ilkin qiyməti 50,37 dollar olacaq.

İranın cari il (21 mart 2019-dan başlayaraq) büdcə qanununa əsasən, İranın Neft Nazirliyi ayda 2 milyon barel yüngül xam nefti, 2 milyon barel ağır xam nefti və 2 milyon barel qaz kondensatını enerji birjasında satışa çıxarmalıdır.

İran enerji birjasında 21 mart 2019-dan başlayaraq 7 dəfə ağır xam nefti satışa çıxarıb. İndiyədək 70 min barel ağır xam neft enerji birjasında satılıb.

Müştərilər alqı-satqıdan sonra 3 ay ərzində İranın Milli Neft Şirkətinin təsdiqlədiyi məkanlarda nefti təhvil ala bilərlər.

Ümumilikdə İran 28 oktyabr 2018-ci ildən başlayaraq enerji birjasında xam neft və qaz kondensatlarını satışa çıxarıb. Lakin indiyədək 1,085 milyon barel xam neft enerji birjasında satılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi