"İRAN AZƏRBAYCANI "HƏDƏF TAXTASI"NA QOYA BİLMƏZ!" -

"İRAN AZƏRBAYCANI "HƏDƏF TAXTASI"NA QOYA BİLMƏZ!" - Türkiyə Prezidentindən Tehrana sərt xəbərdarlıq

"Atılan addım yanlışdır... Düşünürəm ki, İranın yeni rəhbərliyi bu yanlışı davam etdirməyəcək”"

“İran İsraillə münasibətlərinə görə Azərbaycanı “hədəf taxtası”na qoya bilməz. Mənim şəxsən elə bir gözləntim yoxdur”.

APA.az-ın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərin İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə dair sualına cavabında deyib.

Türkiyə lideri bu gün İranda yaşayan azərbaycanlıların sayının göz önündə olduğunu xatırladıb.

“Bu təbii ki, düşündürücüdür. Elə də asan deyil. Atılan addım yanlışdır. Düşünürəm ki, İranın yeni rəhbərliyi bu yanlışı davam etdirməyəcək”, - Ərdoğan vurğulayıb.

"Oktyabrın 26-da Azərbaycana səfərim olacaq. Səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, amma Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyəm”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Türkiyə Prezidenti əlavə edib ki, səfər çərçivəsində Qarabağda bir neçə magistral yolun açılışında iştirak edəcək və kənd təsərrüfatı sahəsində görülən bəzi işlərlə tanış olacaq. 

“Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyimiz eyni olaraq qalır” -deyə Ərdoğan jurnalistlərin sualını cavablandıran zaman deyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi