«İRAN BİR NEÇƏ GÜNƏ ATOM BOMBASI YARADA BİLƏR» – İsrail kəşfiyyatı
İsrailin xarici («Mossad») və hərbi («AMAN») kəşfiyyatları hesab edirlər ki, İran əvvəllər düşünüldüyü ktmi, özünün nüvə silahını bir neçə aya yox, bir neçə həftəyə və ya bir neçə günə yarada bilər.
Üstəlik də mümkündür ki, İslam Respublikası özünün atom bombasını bir ildən sonra yaratsın.
Bu barədə noyabrın 8-də «KAN Reşet-bet» radiosunun (İsrail) «məlumatlı mənbəyi» bəyan edib («Ynet»).
İsrail radiosu tərəfindən yayılan siqnal Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeonun sözlərinə bir reaksiya olub.
Bu ərəfədə Pompeo «nüvə sahəsində İran tərəfindən gərginliyin artırılmasından, Tehranın sürətli nüvə irəliləyişi riski»ndən narhatlığını ifadə edib. Buna görə də, İran hakimiyyətinə qarşı beynəlxalq təzyiqləri artırmağa çağırıb.
Vaşinqtonda ən ciddi şəkildə İranın noyabrın 7- si gecəsi uranın zənginləşdirməsini bərpa etməsi və silah yaratmaq səviyyəsinə çatdırması barədə xəbərə reaksiya verilib. İşlər Fordo obyektində aparılır. Orada 1044 sentrifuqa yerləşib./AzPolitika.info
Bu xəbər üçün şərh yazın