İran Norveçə nota verib –"Quran-i Kərim"in yandırılmasına görə
İran Norveçin Tehrandakı müvəqqəti işlər vəkilini XİN-ə çağırıb və bu ölkəyə etiraz notası verib.
Məlumata görə, Norveçdə “İslamlaşmağı dayandıraq” sağçı millətçi qrupun “Quran-i Kərim”in nüsxəsini yandırmaq cəhdini qınayan İran XİN bu addıma sərt etiraz edib.
Notada bu kimi pis hərəkətlərin Norveçdə ifratçılıq və zorakılığın geniş yayılmasına səbəb olacağı ilə bağlı xəbərdarlıq edilib/APA.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın