İran səfirindən Zəngəzur açıqlaması: Heç bir ölkə...
Ermənistanın baş prokuroru Anna Vardapetyan noyabrın 22-də İran səfiri Abbas Bədəşxan Zühurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Görüş zamanı Vardapetyan iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığı yüksək qiymətləndirib və bildirib ki, səmərəli qarşılıqlı fəaliyyət əsasında bu əməkdaşlıq genişlənəcək.
İran səfiri isə bildirib ki, Ermənistan və İran arasında “3000 illik tarixi və mədəni əlaqələr” (? – red.) bütün istiqamətlərdə münasibətlərin inkişafı üçün yaxşı əsasdır və bunu xüsusilə son illərdə görmək olar.
İranın Qafandakı konsulluğunun açılmasının yüksək qiymətləndirən Zühuri Zəngəzurun Tehran üçün mühüm rol oynadığını xüsusi vurğulayıb.
İranlı səfirin sözlərinə görə, heç bir ölkə Zəngəzura qarşı iddia irəli sürə bilməz.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın