İranın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı
İranın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə “Anadolu” agentliyi xəbər verir.
Qeyd edilir ki, səfirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yönəlmiş əsaslandırılmamış ittihamlarla bağlı narazılıq ifadə olunub.Türkiyəyə qarşı nifrət kampaniyasının başladılması ilə bağlı səfirə xəbərdarlıq edilib.
Sözügedən iddiaların Türkiyə tərəfindən tamamilə rədd edildiyi, İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin diplomatik kanallar var ikən, Tvitter vasitəsilə Türkiyəni hədəf almasının qəbuledilməzliyi səfirin diqqətinə çatdırılıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın