İraqda türkiyəli diplomatı qətlə yetirənlərdən ikisi edam olunacaq –Hökm verildi
İraqda türkiyəli diplomat Osman Kösə və iki iraqlının qətlə yetirilməsində təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.
NN TÜRK-ün verdiyi xəbərə görə, bu barədə vəkil Birzo Said məlumat verib.
O bildirib ki, Ərbil Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərdən 2-si barədə edam hökmü çıxarılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilənlərdən bir nəfəri 1 il, yerdə qalan üç nəfər isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, türkiyəli diplomatlara hücum iyulun 17-də Ərbil restoranlarının birində baş verib. Nəticədə bir türkiyəli diplomat Osman Kösə və 2 iraqlı həlak olub/APA.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın