İş adamı Puşkin Əhmədovun ölkədən çıxışına qadağa qoyula bilər

İş adamı Puşkin Əhmədovun ölkədən çıxışına qadağa qoyula bilər 

İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Əhmədov Puşkin Kamaləddin oğlu barəsində məhkəmə iddiası qaldırıb.

Faktinfo.az Yeniavaz.com-a istinadla xəbər verir ki, məhkəmə iclasının 23 fevral tarixində saat 14:40-da Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın sədrliyi ilə keçiriləcəyi bildirilir. 

Məlumat üçün bildirək ki, məhkəmə iddiası vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlıdır. 

Qeyd edək ki, barəsində iddia qaldırılan Əhmədov Puşkin Kamaləddin oğlu 15 avqust 2013-cü il tarixində dövlət qeydiyyatına alınan "İron İnşaat" MMC-nin (VÖEN: 1502376481) direktorudur. 

Hazırda "İron İnşaat" MMC-nin dövlət büdcəsinə 651 min 6 manat 36 qəpik vergi borcu var.

Onu da bildirək ki, Bakı şəhərində yüksək mərtəbəli yaşayış binalarının tikintisilə məşğul olan "İron İnşaat" MMC-dən başqa Puşkin Əhmədov həm də 2001-ci ildə təsis olunan “Səma-3” Mənzil Tikinti Kooperativinə rəhbərlik edir. 

2004-cü ildən Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının şura üzvü olan Puşkin Əhmədov eyni zamanda “Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin sədr müavinidir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi