İsgəndər Həmidovun həkimi ümidsiz danışdı: “Səhhəti çox kritikdir”

İsgəndər Həmidovun həkimi ümidsiz danışdı: “Səhhəti çox kritikdir” 

“İsgəndər Həmidovu başqa xəstəxanaya yerləşdirməyə daha ehtiyac yoxdur, vəziyyəti çox pisdir”.

Bunu Modern.az-a Azərbaycanın keçmiş Daxili İşlər naziri İsgəndər Həmidovun yerləşdirildiyi xəstəxananın həkimi Adil Qeybulla bildirib.

 O, türkiyəli mütəxəssislərin də xəstəyə əlac tapa bilmədyini vurğulayıb:

 “İsgəndər Həmidovun səhhəti çox kritikdir. Əvvəlkinə nisbətdə indi çox geriləmə müşahidə olunur. Türkiyədən iki nəfər neyro-cərrah və revmotoloq mütəxəssis gəldi. Onlar da konsultasiyadan sonra bildirdilər ki, xəstəni başqa xəstəxanaya köçürməyə ehtiyac yoxdur, artıq vəziyyət çox pisdir”.

 

Xatırladaq ki, İsgəndər Həmidov yanvarın 24-dən etibarən komaya düşüb və hazırda “City Hospital”da reanimasiyadadır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi